Sabiq prezident yenidən dəfn olundu - FOTO

Sabiq prezident yenidən dəfn olundu - FOTO
13:27 19 Noyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

Filippinin sabiq prezidenti Ferdinand Markos milli qəhrəmanların məzarlığında təntənə ilə yenidən dəfn olunub.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, təkrar dəfnə göstərişi Filippin prezidenti Rodriqo Duterte verib. Ali Məhkəmə sonradan bu qərarı təsdiqləyib.

Mərhum diktator Ferdinand Markosu cinayətkar sayan yüz minlərlə filippinli etiraz aksiyaları keçiriblər. Onların fikrincə, təkrar dəfn Markosun cinayətlərinə bəraət qazandırmaqdır.

1965-1986-cı illərdə Filippin prezidenti olmuş F.Markos 1986-cı ildəki inqilabdan sonra ailəsi ilə birlikdə ABŞ-a qaçmışdı. O, 1989-cu ildə vəfat edib.

F.Markos və ailə üzvləri Filippin büdcəsindən 10 milyard dolları mənimsəmişdilər.

Milli.Az


















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR