Azərbaycan taxıl daşınmasında tranzit ölkə ola bilər

Azərbaycan taxıl daşınmasında tranzit ölkə ola bilər
13:37 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Rusiyanın taxıl ixracı ilə məşğul olan “Rusaqrotrans” QSC Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə İran, İraq, Pakistan, Əfqanıstan kimi şərq ölkələrinin bazarlarına məhsul çıxarmaq niyyətindədir. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Şirkətin baş direktoru Yuri Kim məlumat verib. 
Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət Astara-Rəşt dəmir yolu xətti vasitəsilə İranın Fars körfəzində yerləşən Bəndər-Abbas dəniz limanı istiqamətində tranzit daşımalarına töhvə vermək niyyətindədir. 
Bundan başqa, Y. Ki qeyd edib ki, “Rusaqrotrans” Azərbaycan və Gürcüstan dəmir yolu şəbəkəsindən, daha dəqiq desək, istismara verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə etməklə Türkiyəyə taxıl ixrac etmək istəyir. 
Qeyd edək ki, hazırda Rusiyadan İrana taxıl ixracı Xəzər dənizindəki limanlar, Türkiyəyə ixrac isə Azov dənizinin kiçik limanları vasitəsiylə həyata keçirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR