"Azərbaycanın İntellektual Birincisi" layihəsinə start verilir

"Azərbaycanın İntellektual Birincisi" layihəsinə start verilir
13:52 19 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İRƏLİ" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual Birincisi" layihəsinə start verilir.

Milli.Az xəbər verir ki, gənclərin maarifləndirilməsi və asudə vaxtının səmərəli təşkil olunması, intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarını artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

Gənclərə, onların maarifləndirilməsinə istiqamətlənən, Azərbaycan Respublikasının 10 regionunda 4 intellektual oyun (Xəmsə, Nə? Harada? Nə zaman?, Kod Da Vinçi, Vətəni Tanı) üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 10 region, 75 rayon, 1336 iştirakçının olması gözlənilir və hər rayon 17 nəfərlik komanda ilə çıxış edir.

Qeyd edək ki, gənclərin bilik və bacarıqlarını qiymətləndirəcək və onların intellektual fəaliyyətinə yardımçı olacaq layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulmuşdur. 2016-cı il noyabr-dekabr aylarında planlaşdırılan birinci mərhələdə 64 region və 11 Bakı rayonlarının iştirakı ilə, hər birinin öz inzibati-iqtisadi bölgüsünə müvafiq olaraq, Tərtər, Quba, İsmayıllı, Şəki, Biləsuvar, Lənkəran, Mingəçevir, Şəmkir, Naxçıvan və Bakı şəhərlərində yarışlar baş tutacaq. İkinci mərhələdə, 2016-cı dekabr ayında, Bakı şəhərində iqtisadi rayonların qalib komandaları arasında final yarışı keçiriləcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR