Çavuşoğlu erməni deputatı belə susdurdu

Çavuşoğlu erməni deputatı belə susdurdu
14:23 19 Noyabr 2016
233 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu İstanbulda təşkil edilən NATO Parlament Assambleyasının 62-ci sessiyasında çıxış edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlunun çıxışından sonra sual-cavab hissəsində söz alan Ermənistan olan millət vəkili Koryun Nahapetyan Türkiyəyə qarşı sərt ittihamlar səsləndirib.

Nahapetyanın Türkiyənin İŞİD-də dəstək verdiyinə ittihamına Çavuşoğlu sərt reaksiya verib.

“Fərqli fikirlərimiz ola bilər. Amma əvvəlcə dürüst olmalısınız. Siyasətçisənsə, daha dürüst olmalısınız. Təəssüf ki, erməni həmkarlarımız heç vaxt dürüst olmurlar. İŞİD-ə dəstək verdiyimizi necə söyləyə bilərsiniz? Bu günə qədər hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusunu öldürüb? Dürüst olmayan bir şəkildə İŞİD-ə dəstək verdiyimizi söyləyirsiniz”, - türkiyəli nazir deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR