Tolik Aygünlə Natavanı bir araya gətirmək istəyir - video

Tolik Aygünlə Natavanı bir araya gətirmək istəyir -  video
16:51 19 Noyabr 2016
295 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Tarix Əliyev (Tolik) İnstaqram səhifəsində maraqlı video paylaşıb.

Axşam.az-ın məlumatına görə, prodüser xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibinin yer aldığı videoya bunları qeyd edib:

“Yeni “W-trio” – Aygün Kazımova, Natavan Həbibi və mən. İstəyirəm 2017-ci ildə Aygün Kazımova və Natavan Həbibinin birlikdə konsertini edim. Məncə, mənə yox deməzlər. İnanırsınız necə maraqlı olar?”.

Tolikin bu paylaşımına N.Həbibidən cavab gəlib. O, “Bir şərtlə, o konsertdə sən çıxıb belə oynayacaqsan” deyə, bildirib.

Prodüser ifaçıya “Söz verirəm, siz barışın, mən oynayacam” cavabını verib.

Qeyd edək ki, A.Kazımova ilə N.Həbibi uzun illər küsülü qalıb. Bir müddət əvvəl N.Həbibi qarşı tərəfə barışıq əli uzatmışdı. A.Kazımova onun bu addımını müsbət qarşıladığını deyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR