Hindistanda separatçılar hərbçilərə hücum edib, 3 əsgər ölüb

Hindistanda separatçılar hərbçilərə hücum edib, 3 əsgər ölüb
16:52 19 Noyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Hindistanda separaçı silahlıların hərbçilərə hücumu nəticəsində 3 əsgər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Assam ştatının polisi bildirib.
Hücum Tinsukiya dairəsinin Diqboi şəhərində olub.
“Onlar yola əldəqayırma partlayıcı düzüblər. Partlayış baş verəndə silahlılar hərbi konvoyu atəşə tutub”, - deyə Hindistan ordusunun nümayəndəsi polkovnik-leytenant Sunit Nyiton bildirib.
Məlumata görə, hücumun arxasında Assam “Milli Azadlıq Birliyi Cəbhəsi” qruplaşmasının durduğu ehtimal edilir.
Hindistanın şimal-şərqində yerləşən Assam ştatında bir neçə separatçı qruplaşma fəaliyyət göstərir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanda-separatcilar-herbcilere-hucum-edib-3-esger-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR