“Şansları dəyərləndirə bilmədik” – Adil Şükürov

“Şansları dəyərləndirə bilmədik” –   Adil Şükürov
17:17 19 Noyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələdən məğlub qayıtmaq istəmirdik. Əlimizə düşən şansları dəyərləndirə bilmədik”. Fanat.Az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.


“Zirə” bu gün Topaz Premyer Liqasının XII turunun açılış oyununda “Qəbələ”yə uduzdu (0:1). Şükürov məğlubiyyətə rəğmən, komandasından razı qalıb: “Ələ düşən şansları buraxmamalıydıq. Bunun üzərində işləməliyik. Komanda olaraq yaxşı oynadıq. Futbolçularımız sonadək döyüşdülər.  Cavid Tağıyevin epizoduna gəlincə, qayda pozuntusu olub-olmadığını dəqiq görmədim. İstənilən halda, hakim epizoda daha yaxındı. Əgər o, fit çalmayıbsa, oynamaq lazımdır”.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-anslar-dyrlndir-bilmdik-t54283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR