"Kara Sevda"da "Emir" obrazı ilə məşhurlaşan Kaan Urgancıoğlu evlənir.
Lent.az-ın gecce.com-a istinadən məlumatına görə, o, iki ildir sevgili olduğu Zeynəb Oymakla ailə həyatı qurmaq qərarına gəlib.
Kənan İmirzalıoğlu və Sinem Kobalın mayda baş tutan toyuna birgə qatılan cütlüyün ailələri də artıq tanış olublar.
Yay aylarında evlənməyi planlaşdıran sevgililər münasibətlərini mediadan uzaq yaşamağa çalışırlar.