Millimizin sabiq hücumçusu Almaniyada 90 dəqiqə oynadı

Millimizin sabiq hücumçusu Almaniyada 90 dəqiqə oynadı
17:47 19 Noyabr 2016
85 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın Şimal-Şərq Regional Liqasında XIV turun oyunları baş tutub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası "Moyzelvits" bu turda Berlin "Dinamo"sunun qonağı olub.

Meydan sahiblərinin 2-ci dəqiqədə penaltidən vurduğu qol qarşılaşmada yeganə olub və "Moyzelvits" evə məğlubiyyətlə dönüb. İlk dəqiqələrdən meydanda olan Dadaşov 90 dəqiqə mübarizə aparıb.
 
Qeyd edək ki, 14 turdan sonra 12 xal toplayan "Moyzelvits" 14-cü pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR