"Qatar Airways" aviaşirkətinə məxsus təyyarə Sürixdə təcili eniş edib

"Qatar Airways" aviaşirkətinə məxsus təyyarə Sürixdə təcili eniş edib
18:02 19 Noyabr 2016
91 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ QR778 reysi üzrə Mayamidən Dohaya uçuş həyata keçirən "Qatar Airways" aviaşirkətinə məxsus təyyarə Sürix hava limanında təcili eniş etməli olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, nasazlıq barədə məlumat yayılarkən təyyarə Mayamidən Dohaya doğru uçuş zamanı havada olub.
Sonradan məlum olub ki, pilot kabinəsində tüstülənmə olub.
Təyyarə Sürixdə təcili eniş həyata keçirərkən bir neçə yanğınsöndürən maşın hadisə yerinə gedib, amma ciddi problem aşkarlanmadığından təyyarə reysə davam edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qatar-airways-aviasirketine-mexsus-teyyare-surixde-tecili-enis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR