Süni ürək köçürən cərrahın ürəyi dayandı

Süni ürək köçürən cərrahın ürəyi dayandı
18:52 19 Noyabr 2016
97 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada ilk dəfə insana süni ürək köçürülməsi əməliyyatını həyata keçirən cərrah Denton Kuli ABŞ-da vəfat edib

Millli.Az azvision.az-a istinadən xəbər verir ki, 96 yaşlı cərrah Hyustondakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Denton Kuli 1968-ci ildə dünyada ilk dəfə olaraq uğurlu ürəkköçürmə əməliyyatı aparıb. Bundan sonra o, 100 minə yaxın əməliyyat aparıb və bir sıra mükafatlara layiq görülüb.

Onların arasında ABŞ-da mülki şəxslərə verilən yüksək mükafatlardan biri - "Azadlıq" prezident medalı da var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR