Hələbin bombardmanı şiddətlənib

Hələbin bombardmanı şiddətlənib
19:12 19 Noyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

Hökumət qüvvələri bombardmanı çərşənbə axşamı günü başlayıb.
Suriyanın şimalında günlərdir ki, davam edən hava zərbələri nəticəsində Hələb şəhərinin şərqindəki xəstəxanalar fəaliyyətini dayandırmalı olub, səhiyyə rəsmiləri bildirir.
Onlar üsyançıların əlindəki rayonlarda tibb müəssisələrinin hədəflənməsinə görə Suriya və Rusiya hava qüvvələrini təqsirləndiriblər.
Suriya İnsan Haqları Müdafiə Şurası hökumət qüvvələrinin mühasirəsində qalan şərqdəki rayonlarda bəzi xəstəxanaların hələ də fəaliyyət göstərdiyini bildirib. Hərçənd ki, aramsız atəşə görə yerli sakinlər xəstaxanaya getməyə ehtiyatlanırlar, Londonda mənzillənən kampaniya qrupu bildirir.
Ötən gün Hələbdə olan AFP müxbiri şəhərin son iki ildə ən şiddətli hava və artilleriya atəşinə məruz qaldığını bildirib.
Mülki müdafiə qüvvələrinin könüllülərindən biri də fransalı müxbirin dəyərləndirməsinə şərik çıxaraq indiyədək "belə bir şiddətli atəşin" şahidi olmadığını deyib.
Nəcib Fəxrinin sözlərinə görə mərmilərin küçələrə düşdüyünə görə onun qrupu çağırışlara çıxa bilməyib.

Hələbə hava həmlələri davam etdirilir

Cümə günü zorakılıq nəticəsində 13 nəfərin öldüyü xəbər verilib. Onlardan 3-ü hökumətin nəzarətində olan şəhərin qərb rayonlarına raket zərbələrindən sonra həlak olub.
Çərşənbə axşamı günü Rusiya 3 həftəlik moratoriumdan sonra hava zərbələrini bərpa edib.
Hərçənd ki, Rusiya əməliyyatların yalnız İdlib və Homs rayonlarında həyata keçirildiyini bildirir.
Oktyabr ayı ərzində hava zərbələri və artilleriya atəşi Hələbin şərq hissəsində təxminən 700 nəfərin ölümünə səbəb olub. Hökumət qüvvələrinin nəzarətində olan Hələbin qərbində də onlarla insan həlak olub, BMT bildirir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR