Azərbaycanda intihar edən qadın və uşaqların sayı açıqlanıb

Azərbaycanda intihar edən qadın və uşaqların sayı açıqlanıb
19:27 19 Noyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ötən il və bu ilin 9 ayı ərzində intihar edən insanların sayı açıqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahovun dediyinə görə, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Ölkədə ötən il Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR