Azərbaycanda fəaliyyət göstərən dini konfessiya nümayəndələrindən ibarət heyət Almaniyada səfərdə olub

Azərbaycanda fəaliyyət göstərən dini konfessiya nümayəndələrindən ibarət heyət Almaniyada səfərdə olub
20:27 19 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən dini konfessiya nümayəndələrindən ibarət heyət Almaniyada səfərdə olub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sözügedən səfəri Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi və “Höte” İnstitutunun təşkilatçılığı ilə bu ölkənin Azərbaycandakı səfirliyi həyata keçirib.
Səfərdə məqsəd alman xalqı və ictimaiyyətinə Azərbaycanda əsrlərdən bəri mövcud olan, eləcə də bu gün dünyanın əksər ölkələri üçün örnək sayılan multikulturalizm ideyaları və tolerantlıq mühiti barəsində məlumat vermək, həmçinin alman cəmiyyətinin sahib olduğu multikultural dəyərlərlə tanışlıq olub.
Səfər çərçivəsində Azərbaycanı təmsil edən dini konfessiya nümayəndələri Berlin, Köln və Düsseldorf şəhərlərində yerləşən bir sıra dini məbədlərdə olmuş və yerli din və elm xadimlərilə görüşlər keçiriblər.
Səfərdə dini icmalar adından Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmisi, habelə rus-pravoslav, yəhudi, katolik və lüteran dini icmalarının nümayəndələri də iştirak edib.





Xəbərin orijinal ünvanı: https://report.az/din/azerbaycanda-fealiyyet-gosteren-dini-konfessiya-numayendelerinden-ibaret-heyet-almaniyada-seferde-o

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR