Millimizin baş məşqçisi: “İçməsəydim, dünyanın ən yaxşısı olardım"

Millimizin baş məşqçisi: “İçməsəydim, dünyanın ən yaxşısı olardım"
21:03 19 Noyabr 2016
93 İdman
Ölkə mətbuatı
A- A+

Xorvatiya mətbuatında alkoqol aludəçisi olan futbolçularla bağlı yazıda Azərbaycan milli komandasının hazırkı baş məşqçisi Robert Prosineçki də yer alıb.

Publika.az xəbər verir ki, məqalədə Prosineçkinin vaxtilə spirtli içkilərə meylli olduğu vurğulanıb. Hətta onun "Şərab içməsəydim, dünyanın ən yaxşısı olardım" fikirlərini səsləndirdiyi də bildirilir.

Belə məlum olur ki, xorvatiyalı mütəxəssis siqaret və viski üzrə "ekspert" imiş: "Məhz buna görə Prosineçki sonradan səhhəti ilə bağlı ciddi problemlər yaşadı. Nəticədə son illər o, içmir. Siqareti isə hələ də çəkir, çünki həkimlər qadağa qoymayıb".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR