Bakteriya səbəbli polinevritlər

Bakteriya səbəbli polinevritlər
21:12 19 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Polnevritlər aşağıdakı xəstəliklərin törədiciləri tərəfindən meydana gələ bilir:
* brüsellyoz
* cüzam
* sifilis
* vərəm
* qarın yatalağı
* malyariya
* toksiplazmoz
* qonoreya
* leptospiroz və s.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, xəstələr arasında polinevritin ən çox difteriya növünə rast gəlinir. Bu ən çox yaşlı adamlar arasında baş verir. Bu da onunla izah olunur ki, geniş fəal immunlaşdırma basil daşıyıcılarının sayını kəskin şəkildə azaldır, infeksiyaların təkrar subklinik təzahür imkanları kəskin şəkildə azalır. Bu zaman antitoksin səviyyəsi aşağı düşür və böyüklər difteriyaya qarşı həssas olurlar.
Xəstəliyin törədicisi difteriya toksik infeksiyasıdır. Xəstəliyin erkən simptomlarına bulqar pozulmalar aiddir. Bunlar aşağıdakılardır:
* qida qəbulu zamanı çeçəmək
* qidanın burun yoluna düşməsi
* səsin cingiltisinin dəyişməsi
* damaq pərdəsinin sallanması
* fonasiya zamanı hərəkətliliyin azalması
* damaq və udlaq reflekslərinin zəifləməsi
* səs tellərinin və qırtlaqüstünün parezi.
Xəstələrdə gözün hərəki pozulmaları, göz almalarının hərəkətinin məhdudlaşması, işığa qarşı bəbəyin reflekslərinin zəifləməsi, akkomodasiyanın iflici aşkar edilir.
Sonra 2 həftə ərzində polinevropatiyalar inkişaf etməyə bvaşlayır. Bu zaman hissiyyat pozğunluqları meydana çıxır ki, bu da davamlı və lokallaşmış ağrılarla müşayiət olunur, süst parezlər baş verir.
Müalicə zamanı xəstəyə ilk növbədə difteriya əleyhinə zərdab təyin edilir. Xəstəyə intoksikasiyanı azaltmaq məqsədilə vitaminlər, möhkəmləndiricilər təyin edilir, xolinesteraz əleyhinə müalicə vasitələrindən istifadə edilir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq hormonal müalicə və vazoaktiv preparatların qəbulu zəruri sayılır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR