Cəlilabadda qum karxanası otlaq sahəsini məhdudlaşdırıb - VİDEO

Cəlilabadda qum karxanası otlaq sahəsini məhdudlaşdırıb - VİDEO
21:22 19 Noyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Kəndin yaxınlığındakı ərazidə açılan qum karxanası mal-qaranı otlaq sahəsindən məhrum edib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bir neçə il əvvəl Cəlilabadın Privoniye kəndində 2 hektara yaxın ərazinin bir hissəsi qum karxanaları kimi istifadə edilir. Digər hissəsi isə su və kanalizasiya xətlərinin çəkilməsi üçün qazılıb. Qazıntı işlərinin aparıldığı ərazidə hazırda nəhəng çökəkliklər əmələ gəlib. Kənd sakinləri deyirlər ki, karxanalar heyvandarlıq üçün nəzərdə tutulmuş otlaq sahələrini xeyli məhdudlaşdırıb.

Ərazidə rayonun içməli su ilə təchiz edəcək yeni boru da çəkilib. Lakin bəzi ərazilərdə borular üçün qazılmış kanallar tam örtülməyib. Nəticədə həmin ərazilərə yağış suları dolaraq gölməçə yaradıb.

Kəndin icra nümyəndəsi Ələsgər İmanov deyir ki, sözügedən ərazi bələdiyyənin balansında yararsız torpaq sahəsi kimi qeydiyyatda olub.

O ki qaldı su borusu üçün qazılmış kanalların doldurulmasına, icra rəsmisi bildirdi ki, iş tam yekunlaşdıqdan sonra boruların üzəri örtüləcək və çuxurlar torpaq qatı ilə doldurulacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR