DƏHŞƏT: 3 yaşlı qız uşağı cinsi istismara məruz qaldı - BAĞÇADA

DƏHŞƏT: 3 yaşlı qız uşağı cinsi istismara məruz qaldı - BAĞÇADA
21:23 19 Noyabr 2016
1777 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Zonquldağ bölgəsindən adları məxfi saxlanılan 43 yaşlı S.K. və 47 yaşlı A.K. 3 yaşlı qızlarının bağçada cinsi istismara məruz qalması barədə yerli prokurorluğa şikayət edib.

Publika.az xəbər verir ki, bu barədə uşaq bağçadan evə qayıdarkən anasına bildirib. “Alt paltarını dəyişəndə uşaq mənə dedi ki, bağçada bir nəfər mənim cinsiyyət orqanıma toxunub. Ancaq o “bir nəfər”in kim olduğunu bilmirik. Bağça rəhbərliyi ilə danışdım. Orada 60-65 yaşlarında bir kişinin işlədiyini öyrəndim. Təhlükəsizlik kameralarına baxmaq istəsəm də, videoyazını geri çəkmək mümkün olmadı. Həmin şəxsin kim olduğunu bilmirəm. Qızım sadəcə “bir nəfər” deyir”.

Faktla bağlı araşdırma başlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR