Uşaqlarda hərarətin yüksəlməsi zamanı ilk yardım

Uşaqlarda hərarətin yüksəlməsi zamanı ilk yardım
21:42 19 Noyabr 2016
272 Ölkə
Ölkə mətbuatı
A- A+

Valideynlər bilməlidirlər ki, körpələrdə hərarətin bir qədər yüksəlməsi heç də, mütləq olaraq hər hansı bir xəstəliyin əlaməti deyil.

Xəstəliyin digər əlamətlərinin olmaması fonunda 1 yaşadək olan uşaqlarda temperaturun 37,2o C-dək olması normal hesab edilir.

1 yaşınadək olan uşaqlarda termorequlyasiya prosesi (bədəndə olan istiliyi ətraf mühitə vermək) yaxşı inkişaf etmədiyi üçün, onların temperaturu bəzi hallarda sadəcə olaraq, məsələn, onu havaya uyğun olmayaraq isti geyindirdikdə və ya axşam yatarkən həddindən artıq isti bürüdükdə qalxa bilər. Bu halda, temperaturu aşağı salmaq üçün uşağı, sadəcə olaraq, bir qədər yüngül geyindirmək lazımdır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bir qədər yuxarı yaşlarda olan uşaqlarda temperaturun yüksəlməsi, uşaq həddindən artıq hərəkətli olduqda - qaçdıqda, atılıb-düşdükdə, çox tərlədikdə baş verə bilər. Bu halda uşağı bir yerdə otuzduraraq ona istədiyi qədər su vermək və sakitləşdirmək lazımdır. Bir qədər keçdikdən sonra isə onun temperaturunu bir daha ölçün. Əgər hərarət enibsə, demək narahatçılıq üçün bir səbəb yoxdur.

Güclü emosiyalar (sevinc, kədər, qorxu) da, hissiyyatlı və əsəbi uşaqlarda, temperaturun yüksəlməsinə səbəb ola bilər. Bu halda, uşağı yatağa uzadaraq onu qucaqlamaq, sakitləşdirmək və içməyə bir qədər su vermək lazımdır.

Günvurma, istivurma, uzun sürən qusma və ishal nəticəsində orqanizmin susuzlaşması kimi hallar da temperaturun yüksəlməsinə səbəb ola bilər.

Əlbətdə ki, uşaqlarda temperaturun yüksəlməsinin ən çox yayılmış səbəbləri - kəskin respirtor virus infeksiyası (KRVİ), qrip, angina və s. xəstəliklər olur. Temperaturun yüksəlməsi hər hansı bir infeksiyaya qarşı bədənin təbii reaksiyasıdır. Orqanizm infeksiya ilə mübarizə apararkən, immun sistemini səfərbər edən, xüsusi maddə olan interferon hazırlayır. Hərarət yüksək olduqca, interferon daha çox miqdarda hazırlanır. Bundan başqa, yüksəlmiş hərarət, orqanizmə daxil olan infeksiyalarla mübarizə etmək üçün, qanda anticisimlərin əmələ gəlməsini də stimullaşdırır.Temperaturun yüksəlməsi iştahanın azalmasına, uşağın az hərəkət etməsinə səbəb olur. Bu isə, xəstəliyə qarşı mübarizədə vacib olan - bədən enerjisinə qənaət etməyə imkan verir. Beləliklə, temperaturun müəyyən səviyyəyə qədər yüksəlməsi, bədənə nəinki ziyan vurmur, hətta əksinə olaraq, xəstəliyə qarşı mübarizədə qalib gəlməkdə orqanizmə kömək edir. Ancaq, hərarətin çox yüksəlməsi uşaq orqanizmi üçün çox təhlükəlidir! Bəzi hallarda yüksək hərarət uşaqlarda qıcolmalara və hətta ölümə də səbəb ola bilər.

Valideynlər həmçinin onu da bilməlidirlər ki, "zərərsiz" hesab edilən angina və qripdən savayı, hərarətin xeyli dərəcədə yüksəlməsi (39o C-dən artıq), digər daha ağır və təhlükəli olan pnevmoniya (ağ ciyərlərin iltihabı), pielonefrit (böyrəklərin iltihabı), sepsis (təhlükəli mikrobların qana keçməsi) və s. xəstəliklər nəticəsində də ola bilər. Buna görə də yüksək hərarət zamanı uşağa ilkin yardım göstərdikdən sonra, uşağa nəzarət edən həkim-pediatrı tez bir zamanda evə çağırmaq lazımdır. Həkim uşağı müayinə edərək temperaturun yüksəlməsinin səbəbini müəyyən etdikdən sonra ona müvafiq müalicə də təyin edəcəkdir.

Uşaqlarda hərarəti düzgün olaraq necə ölçmək lazımdır?

Böyüklərdə olduğu kimi uşaqlarda da hərarəti - qoltuq altında ölçmək lazımdır. Pediatrlar uşağın temperaturunu düz bağırsaqda ölçməyi məsləhət görmürlər. Ona görə ki, düz bağırsaqda olan hərarət, bədən hərarətindən adətən 1oC daha yüksək olur. Əksər həkimlər belə hesab edirlər ki, temperaturun ölçülməsi üçün adi civəli termometrdən istifadə etmək daha yaxşıdır. Elektron termometrlər rahat olsa da, həkimlərin müşahidələrinə görə daha tez-tez "səhv edirlər". Uşağın özünün şəxsi termometri olmalı və hər dəfə istifadə edilməzdən əvvəl onu spirtlə silmək lazımdır. Uşağın bədən temperaturunu o arxası üstə uzanarkən ölçmək daha yaxşıdır. Bu zaman qoltuqaltı nahiyə quru olmalıdır. Əgər uşaq tərləmişsə, əvvəlcə qoltuğun altını silmək lazımdır. Termometri uşağın qoltuğunun altına qoyaraq, onun sürüşüb düşməməsinə nəzarət edin. Civəli termometr ilə temperaturun ölçülmə müddəti 5-7 dəqiqədir. Uşaq xeyli bürünmüş olarsa, bu, xüsusən də körpə uşaqlarda, temperaturun nəticəsinə təsir edə bilər. Uşaq xeyli yorğun və əsəbi olduqda, ağladıqda və s. bu kimi hallarda da onun temperaturunu ölçməyi təxirə salmaq lazımdır.

Termometr sınsa nə etmək lazımdır?

Sınmış termometrin içindən civə dərhal axır və kiçik kürəciklər şəklində ətrafa yuvarlanır. Civə buxarlanaraq nəfəslə orqanizmə daxil olub və orqanizm üçün ciddi təhlükə yaradır. Otağın temperaturu yüksəldikcə, civə daha tez buxarlanır. Buna görə də, otağın temperatutunu mümkün qədər azaltmağa çalışın - bütün pəncərələri açın, kondisioneri "soyuq" rejiminə qoşun, otaqda istilik sistemi varsa onu da imkan daxilində söndürməyə çalışın. Bütün bunlar civənin buxarlanmasının intensivliyini azaldır. Civəni yığmaq üçün tozsorandan və ya yaş əskidən istifadə etmək olmaz! Bu məqsədlə skoç və ya plastırdan istifadə etmək olar. Tez bir zamanda, havada civənin konsentrasiyasını ölçmək və onun qalıqlarını xaric etmək üçün, sanitar-epidemioloji xidmətdən mütəxəssis çağırmaq lazımdır.

Uşaqda yuksək hərarət olarsa, nə etmək lazımdır?

DİQQƏT! Uşaqda yüksək temperatur olduqda aşağıdakılara diqqət yetirmək lazımdır:

- uşaqda üşütmə və ya əksinə istik hissiyyatı var;

- əllər və ayaq pəncələri soyuq və ya istidir;

- dəri solğun və ya açıq qırmızıdır.

Əgər uşaqda üşütmə varsa, dəri solğundursa, əl və ayaq pəncələri soyuqdursa (buna ağ hiperemiya və ya ağ qızdırmadeyirlər), onu yatağa uzatmaq, üstünü isti şəkildə örtmək, ayaqlarına isti corab, əllərinə əlcək geyindirmək, soyuq olan ətraflarını açıq qırmızı rəng alana qədər intensiv şəkildə ovxalamaq, ¼-1/2 tablet (yaşdan asılı olaraq)  no-şpa, limon və moruq ilə isti çay, itburnu dəmləməsi və s. vermək lazımdır. Əgər bunlar kömək etməsə və temperatur yüksəlməkdə davam etsə, uşağa yaşına uyğun olaraq (dozanı dərman qutusundakı təlimatda oxuya bilərsiniz), həb və ya sirop şəklində olmaqla, temperaturu aşağı salan dərman vermək lazımdır. Ağ qızdırmada  bədəni nəm əski ilə sürtmək və soyuq kompresslər etmək olmaz!

Əgər uşaqda istiləşmə, dərinin qırmızı və ya açıq qırmızı rəngdə olması, ayaq pəncələri və əllərin isti olması qeyd edilərsə (buna qırmızı hiperemiya və ya qırmızı qızdırma deyirlər), onu heç bir halda isti geyindirmək, yataqda uzanarkən üstünü isti yorğanla (adyal) örtmək olmaz. Əksinə, bu zaman uşağı yüngül geyindirmək, yataqda uzanarkən üstünü yüngül adyal ilə və ya mələfə ilə örtmək, otağın pencərəsini və ya nəfəsliyini açmaq (yel çəkməsi olmamaqla), havanın kifayət qədər nəmliliyini təmin etmək üçün otağın döşəməsinini tez-tez silmək və ya otağa nəmləndirici qoymaq lazımdır. Uşağa daha çox sərin (isti yox!) maye - su, kompot, limonlu çay, itburnu dəmləməsi vermək lazımdır. Tez-tez sidik ifraz edilməsi temperaturun enməsinə kömək edir. Yeməya gəldikdə isə, temperaturu olan uşaqda iştahanın olması çətin məsələdir, onu zorla yedizdirmək isə məsləhət görülmür. Qırmızı hiperemiya zamanı kiçik uşaqlarda temperaturu aşağı salmaq üçün, ilk öncə fiziki üsullardan - sərin su ilə imalə, kompresslər, bədəni nəm dəsmalla sürtmə və s. bu kimi üsullardan istifadə etmək olar.

Nəm əski ilə sürtmək necə icra olunur? Bunun üçün kiçik bir tas götürüb onun içərisinə ilıq (soyuq yox!) su töküb, tənzifdən hazırlanmış salfet və ya əski parçasını, onun içərisində isladıb bir qədər sıxdıqdan sonra, onunla uşağın bədənini (sinəsi, qarnı, kürəkləri, budları) sürtmək lazımdır. Əllərin ovuc səthlərini, ayaqların altını, ayaqların və qolların iç səthini daha yaxşı sürtmək lazımdır. İlk yaş dövrlərində uşaqların dərisi çox zərif olduğundan, onların dərisini zədələməmək üçün dərini çox ehtiyatla sürtmək lazımdır. Daha sonra təxminən bir dəqiqə ərzində uşağın üstünü açıq qoyub sonra geyindirin (çox və qalın olmamaqla).

Temperaturun aşağı salınması üçün istifadə edilən fiziki üsullardan biri də - alına, boyuna, körpücükaltı və qasıq nahiyyələrinə (bu hissələrdən iri damarlar keçir) soyuq su ilə isladılmış əskinin (dəsmalın) qoyulmasıdır. Əskiləri tez-tez dəyişdirin.

Sürtmə və soyuq suda isladılmış əskidən istifadə edildikdən bir neçə dəqiqə sonra  temperaturu ölçün. Əgər bu müddət ərzində temperatur heç olmasa 1/10o C də olsa enməsə və ya qalxmaqda davam etsə, uşağa şam və ya sirop şəklində olan,   temperaturu aşağı salan dərman preparatı verin.

Bəs, uşağa temperaturu aşağı salan dərman preparatını hərarət neçə olduqda vermək lazımdır? 3 yaşınadək olan uşaqlarda, həmçinin, əvvəllər yüksək temperatur fonunda qıcolmaları olan istənilən yaşda olan uşaqlara, sinir və endokrin sisteminin xəstəlikləri olan uşaqlara, temperatur 380 C-yə çatan kimi temperaturu aşağı salan dərman preparatı vermək lazımdır!

Daha iri yaşlarda olan və qıcolmalara meylli olmayan uşaqlara temperatur 38,5o C-yə çatdıqdan sonra temperaturu aşağı salmaq üçün dərman preparatı vermək lazımdır. Uşağa ilk yardım göstərdikdən sonra, evə mütləq həkim-pediatrı çağırmaq lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, yüksək temperatur yalnız "ziyansız" hesab etdiyimiz kəskin respirator virus infeksiyasından (KRVİ) savayı, ağ ciyərlərin, böyrəklərin iltihabı və s. digər təhlükəli xəstəliklərin də əlaməti ola bilər. Yadda saxlamaq vacibdir ki, temperaturu aşağı salmaq, heç də problemin tam həll edilməsi deyil! Əsas məsələ, temperaturun yüksəlməsinə səbəb olan xəstəliyi aşkar edərək onu müalicə etməkdən ibarətdir! Bunu isə yalnız ixtisaslaşmış təcrübəli həkim-pediatr edə bilər.

Uşaqlarda temperaturu aşağı salmaq üçün istifadə edilən dərman preparatları çox olsa da, onların tərkibinə eyni təsiredici maddələr daxildir:

1. Parasetamol (Panadol, Efferalqan, Taylenol, Kalpol və digər dərmanların tərkibinə daxildir);

2. İbuprofen (Nurofen və s.);

3. Analgin (Baralgin, Spazmalqon, Pentalgin və digər bir çox dərmanların tərkibinə daxildir). Qanda hemoqlobinin səviyyəsini aşağı saldığı və leykositlərin bəzi növlərini parçaladığı üçün, bir çox ölkələrdə, analgin və onun preparatlarından istifadə edilməsi, çox təhlükəli ola bildiyi üçün qadağan edilmişdir. Ona görə də onu yalnız digər preparatlar kömək etmədiyi müstəsna hallarda istifadə etmək olar. Digər dərman preparatlarına nisbətən, analginin temperaturu aşağı salmaq qabiliyyəti xeyli yüksək olduğu üçün, hətta digər bütün dərmanlar gücsüz olduğu hallarda da, temperaturu aşağa salmağa imkan verir. "Təcili yardım" həkimləri də yüsək temperaturu aşağı salmaq üçün, məhz analgin inyeksiyasından istifadə edirlər.

4. Aspirinin uşaqlar və hamilə qadınlar tərəfindən qəbul edilməsi qəti şəkildə qadağan edilmişdir. Geniş şəkildə istifadə edilməsinə baxmayaraq, bu dərman preparatının ciddi yanaşı effektləri də vardır. Məsələn, bu dərman uşaqlarda bronxların spazmı, mədə xorası, Rey sindromu (qara ciyərin ciddi zədələnməsi) kimi fəsadlara səbəb ola bilər.

Valideynlər onu da bilməlidirlər ki, əgər temperaturun ilk yüksəlməsi zamanı onlar uşağa tərkibində parasetamal olan dərman preparatı vermişlərsə, temperaturun növbəti dəfə yüksəlməsi zamanı, ağır allergik reaksiyanın baş verə bilməsi səbəbindən, ona əsasında ibuprofen olan dərman vermək olmaz!

Uşaqlara temperaturu aşağı salan dərman preparatlarını 3 gün dalbadal olmaqla, həmçinin məsləhət görülən dozadan artıq olmaqla (dərmanın qəbul qaydası üzrə təlimatda göstərilir) vemək məsləhət görülmür. Həkim tərəfindən təyin edilmiş müalicənin yerinə yetirilməsi fonunda, temperatur 3 gündən artıq davam edərsə, bu barədə müalicə həkiminə xəbər vermək lazımdır. Temperaturun yüksəlməsi zamanı uşağın nəbzinə və tənəffüsünə diqqətlə nəzarət etmək lazımdır. Yüksək temperatur zamanı, uşağın nəbzi və tənəffüs hərəkətlərinin sayı xeyli artsa, tez bir zamanda "təcili yardım" çağırmaq lazımdır. Çünki bu, ürək çatışmazlığının başlamasının əlamətidir. Bəzi hallarda uşaqlarda olan yuksək temperaturu nə fiziki, nə də temperaturu aşağı salan dərman preparatlarından istifadə etməklə aşağı salmaq mümkün olmur.  Bu, ağ ciyərlərin, orta qulağın iltihabında və s. hallarda olur. Temperaturun yüksək (39-400C) olması, kiçik yaşlı uşaqlar üçün çox təhlükəli olaraq, onlarda qıcolmaların baş veməsinə, hətta uşağın ölməsinə səbəb ola bilər! Ona görə də bu halda bir an belə ləngimək olmaz! Tez bir zamanda "təcili yardım" çağırın! Özünüz isə "litik qarışıq" ("təcili yardım" həkimləri də ondan istifadə edirlər) adlanan tərkibi hazırlayın: bir şprisə hər 1 yaşa görə  hər birindən 0,1 ml olmaqla 50%-li analgin məhlulu, 1%-li dimedrol məhlulu və 0,5%-li novokain məhlulu yığın (yəni, məsələn 2 yaşında olan uşaq üçün 0,2 ml analgin + 0,2 ml dimedrol + 0,2 ml novokain). Alınan qarışığı əzələ daxilinə, yəni uşağın sağrı nahiyyəsinə vurmaq lazımdır.

Əgər siz, körpə uşağınızda olan yüksək temperaturun öhdəsindən gəlmiş olsanız da, heç bir halda "təcili yardım" çağırışını ləğv etməyin. Uşağın temperaturu enməyə başladıqda, ona limon, zoğal və ya moruq ilə çay içirtməyə çalışın, ancaq onu güclə yedirtməyə cəhd etməyin.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28