“Qarabağ”dan minimal hesablı qələbə - VİDEO

“Qarabağ”dan minimal hesablı qələbə - VİDEO
21:48 19 Noyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.

Publika.az xəbər verir ki, turun ikinci oyununda son ölkə çempionu “Qarabağ” “Kəpəz”lə qarşılaşıb. “Qarabağ” görüşdən qalib ayrılıb - 1:0.

İlk hissədən oyunda təşəbbüsə yiyələnən Qurban Qurbanovun yetirmələri görüşün 17-ci dəqiqəsində istəyinə çatıb. Dani Ndlovu topu “Kəpəz”in qapısından keçirib. İlk hissə “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq, qapılar toxunulmaz qalıb.

Beləliklə, bu nəticə ilə “Qarabağ” 12 oyundan 28 xal toplayıb və lider “Qəbələ” ilə birinci və ikinci pillələri bölüşür. “Kəpəz” isə 12 xalla yenə beşincidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR