Azərbaycan Premyer Liqasında şərikli liderlik davam edib

Azərbaycan Premyer Liqasında şərikli liderlik davam edib
22:02 19 Noyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının daha bir oyunu keçirilib. "Report"un məlumatına görə, turun ikinci oyununda "Qarabağ" və "Kəpəz" klubları üz-üzə gəlib.
Qarşılaşmada topa ilk toxunuşu meydan sahibi "Qarabağ" edib. Oyunun ilk dəqiqələrindən hücuma atılan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda maçtın 17-ci dəqiqəsində istəyinə çatıb. Dani Ndlovu topu "Kəpəz"in qapısından keçirib. İlk hissə "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci hissədə komandalar nə qədər çalışsalar da, qapılara qol vurulmayıb.
Bu nəticə ilə "Qarabağ" 12 oyundan 28 xal toplayaraq lider "Qəbələ" ilə 1 və 2-ci pillələri bölüşür. "Kəpəz" isə 12 xalla 5-cidir.

İlk oyunda isə "Qəbələ" "Zirə"ni sınağa çəkib. Roman Qriqorçuk cəzalı olduğu üçün oyunu tribunadan izləyib. Lakin bu amil "qırmızı-qaralar"ın qələbə qazanmasına mane olmayıb. 52-ci dəqiqədə Filip Ozobiç uzaq məsafədən dəqiq zərbə ilə oyunda yeganə qolun müəllifi olub - 1:0. "Qəbələ" minimal hesablı qələbə sayəsində xallarını 28-ə çatdırıb və liderliyini davam etdirib.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR