Qurban Qurbanov: "Biz heç kimdən artıq deyilik"

Qurban Qurbanov: "Biz heç kimdən artıq deyilik"
22:17 19 Noyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ "Çətin oyun oldu və vacib qələbə qazandıq. Çempionatın ağır oyunlarından biri idi. Ən azından futbolçuların mübarizəsindən razı qaldım. "Slovan"la oyundan öncə yaxşı qarşılaşma oldu. "Kəpəz"ə uğurlar arzu edirəm". "Report"un məlumatına görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XII turunda evdə "Kəpəz"lə keçirilmiş oyun haqda danışarkən deyib.
Baş məşqçi 1:0 hesablı qələbə haqda bunları bildirib: "Qola qədər düşündüyümüz oyun gedirdi. Amma qoldan sonra istər-istəməz sürət artır. Təbii ki, bu da rəqib tərəfdən gözləniləndir. Bir az fərqli oyunçular riskli oynadı".
- "Qarabağ" intizamlı komanda kimi tanınır. Bu gün sarı vərəqələrin sayı çox deyildi?
- Hər oyundan əvvəl futbolçulara bildirirəm ki, vərəqədən qaçsınlar. Amma belə hallar olur. Bəzən bir az əsəbi olur. Futbolçunu vururlar, kobudluq olur. Bu da əsəb yaradır. Bu qədər sarı vərəqə nadir hallarda olur. Daima intizamı qorumaa çalışırıq. Ama futbolda düşünmədiyin nəticələr olur ki, buna da hazır olmalıyıq.
- Bədavi Hüseynovun vəziyyəti nə yerdədir?
- Əzələsində dartılma vardı. Dünəndən fərdi məşqlərə başlayıb. "Slovan"la oyuna kimi hazır olmalıdır. Ancaq tələsməməliyik. Çünki futbolçunun sağlamlığı daha önəmlidir. Yenə də həkimlərlə məsləhətləşib qərar verməliyik.
- Son günlərdə fiziki məhdudiyyətli insanlarla görüşdünüz. Əlil arabasına əyləşəndə nə hisslər keçirdiniz?
- Allah hamıya səbr versin. Bu haqda danışmaq çox çətindir. Biz sağlam gəzirik, hər şey qaydasındadır. Amma onlar istədikləri hər şeyi həyata keçirə bilmirlər. Fiziki gücləri çatmır. Özümü heç kəsdən artıq saymıram. Bu addım mənim insani keyfiyyətlərimi artırmağım üçün böyük təcrübə oldu. Onlar da bu görüşdən çox xoşbəxt oldu. Allah onları qorusun. Biz heç kimdən artıq deyilik.
- Namiq Ələsgərovun adı iştirak ərizəsinə salınmamışdı. Bu nə ilə bağlıdır?
- Dünən əvəzedici heyətdə oynamışdı. Bir az oyun təcrübəsinə ehtiyacı var. Bu səbəbdən onu bu gün iştirak ərizəsinə salmamışdıq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qurban-qurbanov-biz-hec-kimden-artiq-deyilik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR