Qurban Qurbanovdan futbolçulara qadağa

Qurban Qurbanovdan futbolçulara qadağa
22:18 19 Noyabr 2016
79 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ” futbolçularına mətbuata danışmağa qadağa qoyub.

Publika.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov komandasının oyunçularına noyabrın 24-də Çexiyada "Slovan”a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin matçı haqda jurnalistlərə fikirlərini bildirməyi icazə vermir.

Futbolçular həmin matçdan sonra media nümayəndələrinə qarşılaşma haqda danışa biləcəklər. Bu gün Premyer Liqada "Kəpəz"lə oyundan sonra mətbuat qarşısına yalnız Dino Ndlovu çıxıb və ona "Slovan"la sual verilsə də, bunu cavablandırmayıb. Legioner buna səbəb kimi həmin qadağanı göstərib. (sportnet.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR