NATO-nun Rusiya ilə sərhəddə hərbi gücü artır

NATO-nun Rusiya ilə sərhəddə hərbi gücü artır
23:27 19 Noyabr 2016
116 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Fransanın müdafiə naziri Jan-İv Le Drian Estoniyanın müdafiə naziri Hannes Hansoya bildirib ki, Fransa tərəfi Estoniyaya 300 hərbçi, 5 Lecrerc markalı tank və 13 BMP göndərəcək. “Report” gazeta.ru nəşrinə istinadən xəbər verir ki, bu barədə ERR portalı xəbər yayıb.
“Eston və fransız əsgərləri Afrikada əməliyyatlarda qardaşlaşıblar. Biz aydın şəkildə anlayırıq ki, hazırda Avropanın müdafiəsinə fikir verməliyik. Bunun üçün NATO-nun Baltik dənizi regionundakı sərhədlərində hərbi gücü artırmaq lazımdı”, - Hanso bildirib.
Bildirilir ki, fransız hərbi birləşmələri Böyük Britaniya komandanlığı altında xidmət edəcəklər. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR