Rusiya İsveçrəyə nota verdi

Rusiya İsveçrəyə nota verdi
23:49 19 Noyabr 2016
94 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın İsveçrədəki səfirliyi İsveçrəyə məxsus qırıcı təyyarənin “Rossiya” xüsusi uçuş qrupunun təyyarəsinə yaxınlaşdığına görə bu ölkənin Federal Xarici İşlər Departamentinə etiraz notası verib.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, səfirlik insidentlə bağlı təəccüb ifadə edib və məsələyə aydınlıq gətirilməsini xahiş edib. Məlumata görə, təyyarənin İsveçrə üzərindən  uçuşuna əvvəlcədən razılıq alınmışdı.   

 

Qeyd edək ki, Rusiya təyyarəsinə yaxınlaşan İsveçrə qırıcıları onu Fransa sərhədinədək müşayiət ediblər.

 

Rusiya təyyarəsinin göyərtəsində Asia Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində prezident Vladimir Putini müşayiət edən nümayəndə heyətinin üzvləri və jurnalistləri olub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR