Müğənninin konsert verdiyi məkana hücum etdilər - 6 nəfər yaralandı

Müğənninin konsert verdiyi məkana hücum etdilər -  6 nəfər yaralandı
00:01 20 Noyabr 2016
159 Şou
Ölkə mətbuatı
A- A+

"Cevapsız çinlama" mahnısı ilə məşhurlaşan 16 yaşlı müğənni Aleyna Tilkinin Diyarbakırdakı konsertində bədbəxt hadisə yaşanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, restoranda baş tutan konsertə gələn bir nəfər əl düzəltməsi olan partlayıcı ilə qonaqlara hücum edib. Tilkini dinləməyə gələn 6 nəfər yaralanıb.

Hadisədən sonra açıqlama verən Aleynanın meneceri Melek Sarıgil partlama zamanı müğənninin yaralanmadığını deyib. Hücumu məkana girə bilməyən bir neçə adam gerçəkləşdirib.

Partlama zamanı məkanın şüşələri də sınıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR