Günün qoroskopu: enerjili, özünüzə əmin olun

Günün qoroskopu: enerjili, özünüzə əmin olun
00:05 20 Noyabr 2016
262 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - yaşam arealınızı daha da rahat edin. Yenilik və innovasiyalara marağınız artır. İmicinizlə eksperimentlər edə bilərsiniz.

Buğa - bir zamanlar xətrinə dəydiyiniz insanlarla barışın. Onlar sizə can atırlar. Yardıma ehtiyac duyan insana dəstək olun. Bəzi insanlara real kömək edə bilərsiniz. Gün sizi usandıra, yora bilər.

Əkizlər - hər şeyə rəğmən axşam saatlarınadək xoş əhvalınızı qoruyun. Günün ikinci yarısında qarşınızda yeni perspektivlər açılır.

Xərçəng - əla nəticələrə nail olmaq, cəsarətli eksperimenti realaşdırmaq şansları yaranır. Yaxınlarınızla ünsiyyətdə səmimi olun.

Şir - interyerdə kiçik, amma xoşagələn yeniliklər etmək olar. Ciddi, əsaslı təmirə də başlamaq olar.

Qız - yaxınlarınızı unutmayın. Onlar sizdən pozitiv enerji gözləyirlər. Yaşam arealında rekonstruksiya və dəyişikliklər üçün əlverişli zamandır.

Tərəzi - gün yaxşı əhval vəd edir. Problemlər, təlaş və əndişələr azalır. Özünüzü əmin hiss edin, gələcəyə nikbinliklə baxın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə qarşılıqlı anlaşma və harmoniyaya nail olmağa çalışın.

Əqrəb - başlayacağınız işdə aktiv olun. Yardımçılarınız olacaq, sizi tək qoymayacaqlar. Alış-veriş etmək olar. Mobil qacetlər, nəqliyyat vasitəsi, məişət texnikası almaq üçün əlverişli zamandır.

Oxatan - asudə, xoşagələn, maraqlı gündür. Yaşanacaq hadisələr əhvalınızı yaxşılaşdırmaqla yanaşı, yeni ruh verəcək. Bütün bunlar qarşınızda yeni imkanlar və perspektivlər açır.

Oğlaq - enerjili, özünüzə əmin olun. Qətiyyətli hərəkətlər edin, qərarlar qəbul edin. Dövlət qurumları, xüsusilə də hüquq-mühafizə orqanlarının əməkdaşları ilə təmaslar üçün əlverişli vaxt deyil.

Dolça - maraqlı, qeyri-adi gündür. Həyatınızda köklü, əhəmiyyətli dəyişikliklər etmək, çoxdan bəri can atdığınız məqsədə çatmaq imkanları var. Sizə mane ola biləcək yeganə ünsür həddən artıq ətalətli və süst davranışdır.

Balıqlar - dostlar, köhnə tanışlar, uzaq qohumlardan biri ilə planlaşdırılmamış görüş mümkündür. Bütün bunlar sizi sevindirəcək, əhvalınızı yaxşılaşdıracaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR