İranın Silahlı Qüvvələrində kadr dəyişikliyi oldu

İranın Silahlı Qüvvələrində kadr dəyişikliyi oldu
00:38 20 Noyabr 2016
96 Dünya
Ölkə mətbuatı
A- A+

İranın ali lideri, Silahlı Qüvvələrin ali baş komanı Əli Xamenei ordu komandanlığında kadr dəyişikliyi edib.

Publika.az xəbər verir ki, bu barədə İranın ali liderinin saytında dərc edilmiş məlumatda bildirilir.

Əli Xameneinin imzaladığı sərəncamlara əsasən, briqada generalı Əhməd Rza Purdastan ali baş komandanının müavini vəzifəsinə, briqada generalı Kiomars Heydəri isə quru qoşunların komandanı vəzifəsinə təyin edilib.

Yeni təyinatadək Əhməd Rza Purdastan quru qoşunların komandanı, Kiomars Heydəri isə onun müavini vəzifəsində xidmət ediblər.

Ali baş komandanının müavini vəzifəsində çalışmış general Əbdürrəhman Müsəvinin vəzifəsindən kənarlaşdırılmasının səbəbi açıqlanmır. Xamenei ona xidmətlərinə görə minnətdarlığını bildirib. (apa)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR