Suriyanın Cerablus bölgəsində Türkiyə serialları çox izlənir

Suriyanın Cerablus bölgəsində Türkiyə serialları çox izlənir
01:17 20 Noyabr 2016
119 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 noyabr. REPORT.AZ/ “Suriyanın Cerablus şəhərində Türkiyə serialları çox məşhurdur”.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu "Fırat qalxanı" əməliyyatından sonra Türkiyədən vətəni Suriyanın Cerablus şəhərinə qayıdan Abdin adlı sakin bildirib.
Türkiyədən Cerablusa 10 mindən çox suriyalı qayıdıb.
Məlumata görə, şəhərdə Türkiyə ilə bağlı izlərə tez-tez rast gəlinir. Məsələn, Cerablusda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilləri çox yerdə asılıb. Bölgədə sakinlərin əksəriyyəti maşınlarından Türkiyə bayrağı asır.
Xəbərdə bildirilib ki, əhalinin böyük hisssəsi evlərində, iş yerlərində və xəstəxana kimi ictimai yerlərdə dünyadan xəbərdar olmaq üçün Türkiyə kanallarını izləyirlər.
Onların bəziləri türk dilini öyərəndiyini də söyləyib. Vətəninə qayıdan suriyalılardan biri olan Abidin dediyinə görə, o, türk dilini işləyərkən öyrənib. Ölkəsinə geri döndükdən sonra isə Türkiyə kanallarını izləməyə davam edir. Abid bunu həm dil öyrənmək, həm də türk seriallarını sevdiyi üçün etdiyini söyləyib. O, Cerablusda Türk serialları olduqca məşhur olduğunu qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriyanin-cerablus-bolgesinde-turkiye-seriallari-cox-izlenir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR