İsveçrə Rusiya təyyarəsi ilə bağlı insidenti şərh etdi

İsveçrə Rusiya təyyarəsi ilə bağlı insidenti şərh etdi
02:44 20 Noyabr 2016
107 Digər
Ölkə mətbuatı
A- A+

İsveçrə Müdafiə Nazirliyi bildirib ki, ölkəyə məxsus qırıcıların Rusiya təyyarəsini müşayiət etməsi adi yoxlanış olub.

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, İsveçrə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, ölkəyə məxsus iki “F/A-18” tipli qırıcı təyyarəsi Rusiya təyyarəsini İsveçrə üzərində 7 dəqiqə müşayiət edib. Qurumdan bildirilib ki, bu cür uçuşlar təyyarələrin xarici dövlətlərə məxsusluğunu təkrar yoxlamaq məqsədilə ildə təxminən 400 dəfə həyata keçirilir.

 

“Bu küçələrdəki maşınların oğurluq olub-olmadığını yoxlayan polis patrulları kimidir”, - deyə qurumdan bildirilib.  

 

Qeyd edək ki, Rusiya təyyarəsinə yaxınlaşan İsveçrə qırıcıları onu Fransa sərhədinədək müşayiət ediblər.

 

Rusiya təyyarəsinin göyərtəsində Asia Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Perudakı sammitində prezident Vladimir Putini müşayiət edən nümayəndə heyətinin üzvləri və jurnalistlər olub.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR