Futbol üzrə Türkiyə Super Liqasında XI turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu doğma meydanda "Akhisar"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Yılmaz bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 53-cü dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, "Bursaspor" hazırda 21 xalla 18 klub arasında 3-cü pillədə qərarlaşıb.
Fanat.Az