Dəhşətli qatar qəzası - 63 ölü, 150 yaralı

Dəhşətli qatar qəzası - 63 ölü, 150 yaralı
10:13 20 Noyabr 2016
134 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda dəhşətli qatar qəzası baş verib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, 14 vaqondan ibarət qatarın relsdən çıxması nəticəsində ən azı 63 nəfər ölüb, 150 insan yaralanıb.

Məlumatı Uttar Pradeş ştatının Kanpur şəhərinin baş polis inspektoru Zəki Əhməd təsdiqləyib.

Qeyd edək ki, hadisə ölkənin şimalında, Pukrayan şəhəri yaxınlığında qeydə alınıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR