“Qarabağ”ın rəqibi erməni futbolçunu yoxlayır

“Qarabağ”ın rəqibi erməni futbolçunu yoxlayır
10:14 20 Noyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Fiorentina” erməni futbolçu transfer edə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

 

Bildirilib ki, hazırda Ermənistan U-19 millisinin şərəfini qoruyan Vahan Biçaxçyan Florensiya təmsilçisinin heyətində baxışdadı. 17 yaşlı oyunçunun bir həftəlik sınaq müddətindən sonra İtaliyada oynayıb-oynamayacağı məlum olacaq.

 

Hazırda müqavilə ilə Gümrünün “Şirak” klubuna məxsus olan yarımmüdafiəçi baxışdan uğurla keçsə də, onunla birbaşa peşəkar müqavilə imzalamaq mümkün olmayacaq. Belə ki, 18 yaşı gələn il (09.07.2017) tamam olacaq oyunçu hələ həddi-buluğa çatmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR