Mourinyo: "Mən "Arsenal"a uduzdum"

Mourinyo: "Mən "Arsenal"a uduzdum"
10:37 20 Noyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+

"Manchester United" Premyer Liqanın 12-ci turunda "Arsenal"ı qəbul edib. Hesabı meydan sahibləri açsalar da, "topçular" 89-cu dəqiqədə Jiru ilə bərabərlik qolunu vurublar. Goal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "manikunianlar"ın çalışdırıcısı Joze Mourinyo qeydə alınan heç-heçəni məğlubiyyətə bərabər hesab edib.

"Komandam hücumameyilli futbol oynadı. Oyuna tam nəzarət etdik. Yaxşı imkanlarımız oldu. Hesab 1:0 olmamışdan əvvəl də, sonra da fərqlənə bilərdik. Azarkeşlərimizə qələbə sevinci yaşada bilmədiyimiz üçün üzgünəm. Amma onlar da üstün futbol oynadığımızı gördülər. Biz özümüzü məğlub, "Arsenal" isə qalib kimi hiss edir. "Arsenal" kimi rəqibdən zəif və onunla bərabər səviyyədə çıxış edəndə heç-heçə hər iki tərəf üçün normal nəticədir. Lakin Çex 2-3 həlledici seyv edəndə, bir neçə qol vəziyyəti boşa gedəndə və rəqib son dəqiqələrdə fərqlənəndə özünü məğlub hiss edirsən. Buna görə mən "Arsenal"a uduzdum".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR