Elşən Xəzər “Xoxan”ın aktrisasını dueldə uddu (FOTO)

Elşən Xəzər “Xoxan”ın aktrisasını dueldə uddu (FOTO)
06:51 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu günlərdə Bakı şəhərin Novxanı qəsəbəsində yerləşən məşhur peyntbol mərkəzlərindən birində mətbuat nümayəndələri, estradamızın ulduzları, aktyor və rejissorlar arasında peyntbol üzrə “Yeni il yarışması” keçirilib.

Mərkəzin rəhbəri Taleh Bağırovun ANS PRESS-ə verdiyi məlumata görə, yarış Milli Olimpiya komitəsi və Binəqədi Rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə keçirilib.

Yarışda hər komandada 4 nəfər olmaqla, 4 komanda iştirak edib. Çox dinamik keçən yarışda rejissor Samir Kərimoğlunun kapitanlıq etdiyi “Xoxan” komandası finala yüksəlib.

Bundan sonra 1, 2 və 3-cü yerləri təyin etmək üçün “duel” keçirilib. Nəticədə 2-ci yeri məşhur məddah Ceyhun Müəzzin, 2-ci yerə “Xoxan” filminində rol alan Nərgiz Zamir layiq görülüb. Meyxana ustası Elşən Xəzər burada aktivlik göstərərək bütün rəqiblərini yenib və birinci yerə layiq görülüb.

Qaliblər yarışın təşkilatçı və sponsorları tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunub.

Təltifetmə mərasimindən sonra estradamızın ulduzlarının iştirakı ilə ilə yeni il şousu keçirilib.



























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR