Cəbhə zonasında Hərbi Hava Qüvvələri üçün yeni yaşayış kompleksləri istifadəyə verilib

Cəbhə zonasında Hərbi Hava Qüvvələri üçün yeni yaşayış kompleksləri istifadəyə verilib
11:52 20 Noyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi, hava məkanımızın müdafiəsinin gücləndirilməsi və şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazir general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən üç hərbi hissəsinin ərazisində yeni istifadəyə verilmiş yaşayış komplekslərinin açılışında iştirak edib.
Müdafiə Nazirliyinin rəhbərliyi ərazilərdəki hava hücumundan müdafiə bölmələrinin döyüş texnika və vasitələrinə, eləcə də yeni istifadəyə verilən qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, qazanxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlara baxış keçirib.
Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin gündəlik xidmətinin təşkilinə effektiv təsir göstərəcək, habelə hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş hazırlığı və döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılmasını təmin edəcək.
Hərbi hissələrin komandir və şəxsi heyəti ilə görüşən nazir müvafiq tapşırıqlar verib.
Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov tikintisi davam edən bir neçə hərbi obyektdə olub və inşaat işlərinin gedişini yoxlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tikinti işlərinin keyfiyyəti ilə maraqlanan Müdafiə naziri müvafiq göstərişlər verib.











Xəbərin orijinal ünvanı: https://report.az/herbi/cebhe-zonasinda-herbi-hava-quvveleri-ucun-yeni-yasayis-kompleksleri-istifadeye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR