Vəfat edən xalq artisti bu gün dəfn ediləcək

Vəfat edən xalq artisti bu gün dəfn ediləcək
12:09 20 Noyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti, dirijor Nəriman Əzimov bu gün Gəncədə dəfn ediləcək.

 

Bu barədə APA-ya “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov verib.

 

R. Qasımov bildirib ki, N. Əzimov öz vəsiyyətinə uyğun olaraq anasının məzarının yanında torpağa tapşırılacaq. N. Əzimovla vida mərasimi bu gün saat 12.00-da Yeni Yasamal 1. ünvanındakı evində olacaq.

 

Qeyd edək ki, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra noyabrın 19-da vəfat edib.  Prezident təqaüdçüsü olan N. Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR