Bakıda sulu qar yağacaq

Bakıda sulu qar yağacaq
12:42 20 Noyabr 2016
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 21-i üçün Bakıda və Abşeron yarımadasında, həmçinin respublikanın regionlarında gözlənilən hava şəraiti açıqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var.
Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-7° isti,
Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 783 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR