""Qızıl top" məsələsində intriqa tam öldü"

""Qızıl top" məsələsində intriqa tam öldü"
13:27 20 Noyabr 2016
126 İdman
Ölkə mətbuatı
A- A+

"Real" "Vicente Calderon"da keçirilən son Madrid derbisində "Atletico"nu 3 cavabsız qolla məğlub etdi. Ronaldunun het-trik etdiyi görüşdən sonra "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan medianın önünə çıxıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis bunları deyib:

"Bu matçın mənim rəhbərliyim altında "Real"ın ən yaxşı oyunu olub-olmadığını bilmirəm. Biz güclü rəqibə qarşı yaxşı oyun göstərdik. "Atletico"nu öz meydanında məğlub etmək çətin məsələdir. "Vicente Calderon"da 3:0 qalib gələ bilən az komanda tapılar. Sevindiricidir ki, Beyli sağ, Vaskesi sol cinaha, İskonu isə hücumçunun arxasına çəkməklə daha balanslaşdırılmış oyun qurmağa nail olduq. İsko birinci hissədə fenomenal oynadı, deyəsən, top itkisinə heç yol vermədi. İrəlidə ağır oyunlarımız var. Eyni tempdə davam etməliyik. Ronaldunun dünyada ən yaxşı olmasında heç vaxt şübhə etməmişəm. "Qızıl top"u kim alacaq? Bu gün intriqa tam öldü".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR