NATO admiralından SOS: “Qarşısı alınmasa...”

NATO admiralından SOS: “Qarşısı alınmasa...”
15:48 20 Noyabr 2016
126 Dünya
Ölkə mətbuatı
A- A+

Lazımi tədbirlər görülməsə, gündə 1 milyon insanın miqrasiya edə biləcəyi vəziyyət yarana bilər ki, bunun adı “ultra miqrasiya olacaq”.

Axar.az xəbər verir ki, bunu NATO Parlament Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasında Alyansın dəniz qüvvələri komandanı, vitse-admiral Kliv Conston deyib.

Onun sözlərinə görə, miqrasiya problemi NATO üçün ən böyük təhdidlərdən biridir:

“İndi bir gündə minlərlə insanın qaçqın statusuna düşdüyü bir dönəmdə yaşayırıq. Lazımi tədbirlər görülməsə, gündə 1 milyon insanın miqrasiya edə biləcəyi vəziyyət yarana bilər ki, bunun adı “ultra miqrasiya” olacaq”.

Çıxışında NATO-Rusiya münasibətlərinə də toxunan ingilis vitse-admiral, Moskva ilə dialoqun davam etdirilməsinə tərəfdar olduqlarını vurğulayıb:

“Biz Rusiya ilə müzakirələr aparmalı, dialoqu davam etdirməliyik. Ancaq eyni zamanda, Rusiyanın nə etmək istədiyini də anlamalıyıq. Qara dənizin Rusiyanın daxili dənizinə çevrilməsinə göz yuma bilmərik. Qara dəniz Türkiyə, Bolqarıstan və Rumıniya xalqlarının da ortaq sərvətidir”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR