Rüşvətə görə keçmiş məmuru ömürlük həbsə atdılar

Rüşvətə görə keçmiş məmuru ömürlük həbsə atdılar
16:22 20 Noyabr 2016
118 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Şensi əyalətinin Torpaq və təbii resurslar idarəsinin sabiq rəisi Van Dentszi 66,24 milyon yuan (9,67 milyon dollar) rüşvət alması ilə əlaqədar ömürlük azadlıqdan məhrum edilib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Çinin  "Çjunqo tsinnyan bao" qəzeti məlumat yayıb.
 
Məhkəmə V. Dentszinin  2003-2013-cü illərdə qulluq mövqeyindən sui-istifadə edərək rüşvət aldığını üzə çıxarıb. Mülkiyyəti müsadirə edilən  V. Dentsziyə ömürlük siyasi fəaliyyətlə məşğul olmaq da qadağan edilib.
 
Qeyd edək ki, V. Dentszi sentyabr ayında partiya intizamını pozmaqda günahlandırılaraq Çin Kommunist Partiyasından da çıxarılıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR