Derbiöncəsi “Fənərbaxça”da növbəti ciddi itki

Derbiöncəsi “Fənərbaxça”da növbəti ciddi itki
16:34 20 Noyabr 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasının XI turunda “Qalatasaray”la qarşılaşacaq “Fənərbaxça”da problemlər bitmir. Apasport.az saytının məlumatına görə, paytaxt klubu indi də Ozan Tufanın xidmətindən məhrum olub.

 

Belə ki, milli komandanın düşərgəsində zədələnən, ancaq derbiyə yetişməsi gözlənilən futbolçu ayağındakı ağrılar səbəbindən derbinin heyətindən çıxarılıb. Onu, alman əsilli rus oyunçu Noyştaderin əvəzləməsi gözlənilir.

 

Qeyd edək ki, “sarı bülbüllər”in daha əvvəl Mehmet Topal (cəza) və Cermeyn Lensin (zədə) xidmətindən istifadə edəbilməyəcəyi açıqlanmışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR