Əməkdar elm xadimi Akif Əzizov vəfat edib

Əməkdar elm xadimi Akif Əzizov vəfat edib
16:47 20 Noyabr 2016
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan elminə ağır itki üz verib. Kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Akif Həmid oğlu Əzizov vəfat edib.
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutundan “Report”a verilən məlumata görə, alim bu gün dünyasını dəyişib.
Əzizov Akif Həmid oğlu 1943‐cü il noyabrın 2‐də Ağdərə rayonunun Umudlu kəndində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub (1960), M.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilib və MDU‐nun Kimya fakültəsini bitirib (1966).
A.Əzizov 1971‐ci ildə kimya üzrə fəlsəfə doktoru və 1991‐ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1992‐ci ildə professor elmi adını alıb. 2001‐ci ildə Azərbaycan MEA‐nın müxbir üzvü, 2014‐cü ildə isə həqiqi üzvü seçilib.
A.Əzizov aspirantura təhsilindən sonra elmi fəaliyyətinə Azərbaycan EA‐nın Neft‐Kimya Prosesləri İnstitutunda başlayaraq kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri, şöbə müdiri, 1988‐2014‐cü illərdə direktorun elmi işlər üzrə müavini vəzifələrində işləyib. O, 1972‐1985‐ci illərdə Neft kimyası üzrə ixtisaslaşmış şuranın sədr müavini, 2009‐2010‐cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya elmi üzrə Ekspert Şurasının sədri vəzifələrində çalışıb. 2014‐2016-cı illərdə AMEA‐nın Polimer Materialları İnstitutunun direktoru olub, 2016-cı ilin sentyabr ayından AMEA NKPİ-də baş elmi işçi vəzifəsində çalışıb.
A.Əzizov neft kimyası, kataliz və yüksək molekullu birləşmələr kimyası sahələri üzrə tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft‐kimya sintezi proseslərində metalkompleks və metalüzvi katalizatorların tətbiqi, oliqomerləşmə və polimerləşmə prosesləri üçün katalitik sistemlərin yaradılması, bir sıra yeni monomer və reaksiyaya qabil oliqomerlərin alınmasının, neft‐kimya və neft emalı proseslərində ion‐maye texnologiyalarının və s. elmi əsaslarının işlənib hazırlanması təşkil etmişdir.
A.Əzizov 600-dən çox elmi və publisistik əsərin, o cümlədən 73 müəlliflik şəhadətnaməsi və patentin, 20 monoqrafiya və kitabın müəllifidir. Onun elmi əsərlərinin 350‐si xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə istinad olunur. A.Əzizovun rəhbərliyi altında kimya üzrə 15 fəlsəfə doktoru, 3 elmlər doktoru müdafiə etmişdir.
A.Əzizov kimya üzrə bir sıra cəmiyyətlərin və Elmi Şuraların, o cümlədən Rusiya Elmlər Akademiyasının “Mineral və təkrar olunan karbontərkibli xammalın kimyası” Elmi Şurasının xarici üzvü, Nyu‐York Elmlər Akademiyası və Amerika Kimya Cəmiyyətinin üzvü, Dövlət Neft Şirkəti yanında neft emalı üzrə Elmi‐texniki Şuranın, AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri‐üzvi Kimya İnstitutunun nəzdində elmi dərəcələr verən İxtisaslaşmış Şuraların, AMEA‐nın “Neft kimyası, Kinetika və kataliz” Problem Şuralarının, “Azərbaycan Kimya Jurnalı”, “Neft-kimyası və neft emalı prosesləri”, “Elm dünyası” jurnallarının redaksiya heyətlərinin, eyni zamanda, Azərbaycanda yeni neft‐qaz və neft‐kimya kompleksinin qurulması üzrə ARDNŞ‐nin işçi qrupunun, Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondunun və ARDNŞ ilə AMEA‐nın birgə Elm fondunun ekspert komissiyalarının üzvü olmuşdur.
A.Əzizov SSRİ Elmlər Akademiyasının I dərəcəli diplomu, “Əmək rəşadəti” medalı, “Soros” Fondunun Fərdi Qrantı, AMEA‐nın Fəxri fərmanları, Azərbaycanın Əməkdar elm xadimi fəxri adı, Azərbaycan Kütləvi informasiya vasitələri işçiləri və Həmkarlar İttifaqının Rəyasət Heyəti tərəfindən “Xalqın nüfuzlu ziyalısı” fəxri diplomu və ixtiraçılıq sahəsində Birinci Respublika müsabiqəsinin Birinci dərəcəli diploma, Azərbaycan Respublikası “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunmuşdur.
Akademik A.H.Əzizov özünün şöhrətli elmi məktəbini yaratmışdır. O, yüksək alimlik səviyyəsi ilə yanaşı gözəl insan idi, ədəbiyyatı, musiqini, incəsənəti çox sevirdi. A.H.Əzizovun Azərbaycan kimya elminin inkişafında xidmətləri əvəzsizdir.
Akademik A.H.Əzizov hər zaman dostlarının, tələbələrinin, onu tanıyanların yaddaşında, eləcə də Azərbaycan elm tarixində görkəmli alim, nəcib insan və böyuk şəxsiyyət kimi qalacaq, xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Özala “ölüm kağızı” verən kərküklü həkimin müəmmalı İNTİHARI – 3 gün öncə yoxa çıxan SİRLİ MƏKTUB

21 Sentyabr 2017 11:08

Məzahir Pənahov Rusiyada səfərdədir

21 Sentyabr 2017 11:07

Çingiz Qənizadə Hacı Qalibi məhkəməyə verir: "HƏBS EDİLSİN"

21 Sentyabr 2017 11:04

Prezidenti oğlunu edam etməyə icazə verdi

21 Sentyabr 2017 11:03

200 və 43 saylı Məktəb Lisey Kompleksi​nin direktoru ilə bağlı QALMAQAL BÖYÜYÜR

21 Sentyabr 2017 11:03

Maliyyə Bazarlarına Nəzarət Palatası daha bir qaydanı təsdiqləyib

21 Sentyabr 2017 11:02

ABŞ-da 2 illik istiqrazların gəlirliliyi 9 illik maksimuma çatıb

21 Sentyabr 2017 10:57

Fransa prezidenti o hadisələri soyqırım adlandırdı

21 Sentyabr 2017 10:57

BAKI: Məktəbdəki aksiyadan ilk görüntülər gəldi

21 Sentyabr 2017 10:55

Ordumuz aviasiyadan atəş açdı - TƏLİMDƏN GÖRÜNTÜRLƏR

21 Sentyabr 2017 10:54

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunub

21 Sentyabr 2017 10:47

Xəzərin hüquqi statusu

21 Sentyabr 2017 10:46

Yol kənarında meyit tapıldı

21 Sentyabr 2017 10:44

Bakıda küçə musiqisi festivalı keçiriləcək

21 Sentyabr 2017 10:43

Vergilər Nazirliyinin departament rəhbəri işdən azad olunub

21 Sentyabr 2017 10:42

UEFA Millətlər Liqasının reqlamentini, qaydaların son versiyası və loqosunu təsdiqləyib

21 Sentyabr 2017 10:42

ƏMDK sədri Salyanda vətəndaş qəbulu keçirəcək

21 Sentyabr 2017 10:42

İraq ordusu Kərkükdə əməliyyata başladı

21 Sentyabr 2017 10:38

BAKI: Küçə musiqisi festivalı keçiriləcək

21 Sentyabr 2017 10:38

Azərbaycan Prezidenti Milli Məclisin qəbul etdiyi qanun dəyişikliyinə etiraz edib

21 Sentyabr 2017 10:37

"Azneft"in baş direktoru: "İşlənmədə olan yataqlar üzrə çıxarılabilən qalıq neft-kondensat ehtiyatları 187 mln. tondur"

21 Sentyabr 2017 10:37

Alimlər süni əzələ yaradıblar

21 Sentyabr 2017 10:35

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ADA” Universiteti əməkdaşlıq edəcəklər

21 Sentyabr 2017 10:35

İqtisadiyyat nazirindən “Bitcoin” açıqlaması

21 Sentyabr 2017 10:34

"Mamaroza" qalmaqalı alovlandı

21 Sentyabr 2017 10:29

Rus ordusu hərəkətə keçdi: 850 terrorçu məhv edildi - VİDEO

21 Sentyabr 2017 10:28

SOCAR-ın işçilərinin sayı açıqlandı

21 Sentyabr 2017 10:24

Toy mərasimində ölüm hadisəsi - BAKIDA

21 Sentyabr 2017 10:19

Oynaq ağrılarını sağaldan təbii qarışıq

21 Sentyabr 2017 10:19

2 avtoqol vuruldu, "Roma" darmadağın etdi - VİDEO

21 Sentyabr 2017 10:17

Daha bir ölkədə güclü zəlzələ baş verdi

21 Sentyabr 2017 10:16

İşçi qrupu Tehrana toplaşır: Xəzərin hüquqi statusu ilə bağlı

21 Sentyabr 2017 10:14

Bakı: Valideynlər aksiya keçirirlər

21 Sentyabr 2017 10:14

“Ərazilər üçün buna hazırlıq gedir” - Erməni şərhçi GİZLİ DETALLARI AÇDI

21 Sentyabr 2017 10:13

Azərbaycan neftinin

21 Sentyabr 2017 10:10

Bakı prospektində 3 avtomobil toqquşdu: ölən var

21 Sentyabr 2017 10:09

Türkə ərə gedən Mətanət İsgəndərlinin qızının toyunda iki gəlinlik dəyişdi - FOTO/VİDEO

21 Sentyabr 2017 10:03

Hüseyn Bağırov Daşkəsəndə vətəndaşlarla görüşəcək

21 Sentyabr 2017 10:02

Azərbaycan idmançıları hərbçilər arasında güləş üzrə dünya çempionatının ilk günündə beş medal qazanıblar

21 Sentyabr 2017 10:02

Mətanət İsgəndərlinin qızının toyundan görüntülər

21 Sentyabr 2017 10:01

"Atletiko" səfərdə qələbə qazandı - VİDEO

21 Sentyabr 2017 09:57

Ərdoğanla Putin görüşəcək

21 Sentyabr 2017 09:57

Ağac gövdəsindən skelet tapdı - FOTO/VİDEO

21 Sentyabr 2017 09:53

İdmançılarımız ilk günündə 5 medal qazandılar

21 Sentyabr 2017 09:53

VALYUTA MƏZƏNNƏLƏRİ

21 Sentyabr 2017 09:48

Polislər Beren Saatla Halit Ergençi gecəyarı bu vəziyyətdə saxladı – FOTO

21 Sentyabr 2017 09:48

Gəncədə yerli sakin işə gedərkən naməlum şəxslər tərəfindən döyülüb

21 Sentyabr 2017 09:47

Düşmən minaatanlardan atəşə açıb

21 Sentyabr 2017 09:44

Xorvatiya "Dinamo"sunun baş məşqçisi evinin qarşısında döyülüb

21 Sentyabr 2017 09:42

Gədəbəydə məktəbə gedən şagirdi maşın vurub, sürücü qaçıb

21 Sentyabr 2017 09:42