Elxan Abdullayev: "Gərək hər oyuna istəklə çıxasan"

Elxan Abdullayev: "Gərək hər oyuna istəklə çıxasan"
17:02 20 Noyabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 noyabr. REPORT.AZ/ "Komanda bu gün çox zəif çıxış etdi. "Sumqayıt” bizdən daha istəkli idi, ona görə də qələbə qazandı”.
“Report” xəbər verir ki, bunu Premyer Liqanın XII turunun "Sumqayıt” klubu ilə oyunundan sonra "Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev deyib.
“İnter”i məğlub edəndən sonra komandada arxayınlıq yaranmışdı ki, "Sumqayıt”a da qalib gələrik. Amma belə deyil, gərək hər oyuna istəklə çıxasan. Əks halda məğlubiyyət qaçılmaz olur. Bundan başqa, heyətlə bağlı problemlərimiz var. Ehtiyat skamyamız çox kasaddır, orada oyunu gücləndirə biləcək futbolçu yoxdur”, - deyə o əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/elxan-abdullayev-gerek-her-oyuna-istekle-cixasan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR