Yemelyanenko reqbi oyunçusu ilə döyüşəcək

Yemelyanenko reqbi oyunçusu ilə döyüşəcək
17:17 20 Noyabr 2016
74 İdman
Ölkə mətbuatı
A- A+

2015-ci ilin yayında karyerasını bərpa edən Fyodor Yemelyanenko növbəti döyüşünü 2017-ci il fevralın 18-də keçirəcək. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 40 yaşlı Fyodor San-Xose şəhərində (Kaliforniya) Mett Mitrionla qarşılaşacaq. Görüş "Bellator 171" turniri çərçivəsində baş tutacaq. 38 yaşlı Mitrion hazırda peşəkar reqbi oyunçusudur. O, 2009-16-cı illərdə UFC-də çıxış edib. 16 döyüşün 11-də qalib gəlib. Yemelyanenko isə 40 döyüşün 36-da qalib gəlib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR