NATO PA-dan ermənilərin əleyhinə QƏTNAMƏ

NATO PA-dan ermənilərin əleyhinə QƏTNAMƏ
17:47 20 Noyabr 2016
176 Ölkə
Ölkə mətbuatı
A- A+

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyası çərçivəsində qurumun Müdafiə və təhlükəsizlik komitəsi suveren ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnamə qəbul edib. Bunu Trend-ə iclasda iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, komitənin iclasında işğal olunmuş ərazilər məsələsi müzakirəyə çıxarıldı: "ABŞ nümayəndə heyətinin üzvünün təklifi ilə belə bir məsələ ortaya qoyuldu ki, bütün suveren dövlətlərin ərazi bütövlüyü tanınmalıdır və müzakirələrdən sonra bununla bağlı qətnamə qəbul edildi".

S.Novruzov qeyd edib ki, Ermənistan nümayəndə heyəti qətnamənin qəbul edilməsinə etiraz etsə də, heç bir nəticəsi olmadı.

Qeyd edək ki, qətnamə noyabrın 21-də NATO Parlament Assambleyasının sessiyasında da təsdiq olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/491255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR