Biznesmen 8 milyon dollara avtomobil nömrəsi aldı

Biznesmen 8 milyon dollara avtomobil nömrəsi aldı
17:54 20 Noyabr 2016
255 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliyindən olan biznesmen Əbu-Dabidə keçirilən auksionda avtomobilinə "1" qeydiyyat nömrəsi almaq üçün 8.45 milyon dollar pul ödəyib. Lent.az musavat.com-a istinadən xəbər verir ki, 32 yaşlı biznesmen Abdulla əl-Məhri "Mən bu nömrə üçün istənilən məbləği ödəməyə hazır idim" - deyə ona yönəldilən sualı cavablandırıb.

 

Auksionda ümumilikdə 26.9 milyon dollar dəyərində nömrələr satılıb. BƏƏ-dən olan daha iki biznesmen "7" və "50" nömrələri üçün 3.65 və 1.85 milyon dollar ödəyiblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR