Ana və körpə oğlu qazdan zəhərlənib

Ana və körpə oğlu qazdan zəhərlənib
18:49 20 Noyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda dəm qazından zəhərlənmə olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Düz Qırıqlı kənd sakini 1982-ci il təvəllüdlü Günel Bağırova və onun 4 yaşlı övladı Elmar dəm qazı zəhərlənmə əlamətləri ilə Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib.

 

Onlara dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, G. Bağırova yaşadığı evdə hamamda övladını cimizdirən zaman hər ikisi dəm qazından zəhərlənib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR