Ev şəraitində üzünüzə və saçınıza qulluq edin

Ev şəraitində üzünüzə və saçınıza qulluq edin
18:56 20 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Üz və saçlar ilin bütün fəsillərində qulluq tələb edir.

Axşam.az xarici KİV-ə istinadən ev şəraitində hazırlanan maskaları təqdim edir:

Quru dəri üçün maska:

1 ədəd yumurtanı çalın, üzünüzə sürtün. Üstündən bitki yağı çəkin. Maskanı quruyana kimi saxlayıb əvvəlcə ilıq, sonra soyuq su ilə yaxalayın.

1 ədəd almanın qabığını soyun, xırda-xırda doğrayın, süddə qaynadın. Qarışıq sıyıq halına gələndə onu soyudub üzə maska edin. 20 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun.

Nəmləndirici maska:

2 qaşıq yağlı kəsmiyi 1 çay qaşığı təbii meyvə şirəsi ilə qarışdırın. Üzərinə 1 yumurta sarısı və 1 çay qaşığı kamfora yağı əlavə edib yaxşıca qarışdırın. Maskanı üzdə 20 dəqiqə saxlayıb ilıq su ilə yuyun.

Gözətrafındakı qırışlara üçün maska:

Qızılgül, santal və neroli efir yağlarının hərəsindən 1-2 damcı qarışdırıb gözətrafına çəkin.

Avokado, badam, nanə, jajoba, fenxel və neroli yağlarından 1-2 damcı qatıb gün ərzində 1-2 dəfə gözətrafına çəkin.

Saçlar üçün maska:

Saçları içinə 5-7 damcı jajoba yağı əlavə olunmuş şampunla yuyun. Bu qarışıq saçlara parlaqlıq verib, onların kökünü bərkidəcək.

Saç tökülməsinin qarşısını almaq üçün təmiz saçları zəncəfil və evkalipt dəmləməsi ilə yaxalayın.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR