Azarkeşləri daşıyan avtobus külə döndü - FOTO

Azarkeşləri daşıyan avtobus külə döndü - FOTO
19:03 20 Noyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya" azarkeşlərini daşıyan avtobus Dortmund - Şvart şəhərləri arasında alışıb.

Publika.az xəbər verir ki, texniki nasazlığı vaxtında görən sürücü dərhal avtobusu saxlayıb və sərnişinləri düşürüb. Salonda olan 50 nəfərdən heç biri xəsarət almayıb. Avtobus yanaraq tamamilə yararsız vəziyyətə düşüb. Dəymiş ziyanın həcmi 200 min avro təşkil edir.

Qeyd edək ki, münhenli azarkeşlər ötən gün baş tutan "Borussia" - "Bavariya" (1:0) matçında geri qayıdırmışlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR